ABŞ-ın Nyu-York ştatında 8 aylıq körpəyə "BionTech-Pfizer" peyvəndinin 2 dozası tətbiq olunub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 8 aylıq körpə Enzo Minkolla dünyada koronavirus peyvəndi vurulmuş ən kiçik insan adlandırılıb.
Anası və atası həkim olan Minkollada peyvəndə qarşı heç bir əks-təsirə rast gəlinməyib. Hazırda körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Körpənin atası Mayk Minkello övladına peyvənd vurdurmaq üçün tərəddüd etmədiyini vurğulayıb. Anası Anna Marissa Minkolla isə bildirib ki, ilk peyvəndin onların övladına vurulması ilə körpələrin peyvəndlənməsi prosesinin yolunu açılmış olub.