
"Ukrayna 26 may gecə yarısından etibarən Belarusla uçuşları dayandırır".
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın baş naziri Denis Şmıqal deyib. O bildirib ki, Ukrayna Nazirlər Kabineti Belarusun paytaxtı Minskdə təyyarənin saxlanması ilə əlaqədar hadisəni Beynəlxalq Mülki Aviasiya Konvensiyasının pozulması hesab edir. Bu səbəblə uçuşların dayandırılması ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilib və təyyarədəki müxalif jurnalist belaruslu Roman Protaseviç saxlanılıb.