Sedat Pekerin Mübariz Mənsimovla bağlı iddiasına Süleyman Soylu belə cavab verdi – VİDEO


Türkiyənin daxili işlər naziri Süleyman Soylu azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, Soylu “Haber Türk”ə verdiyi müsahibə zamanı türkiyəli jurnalist Hadi Özışıkın Mübariz Mənsimov haqqında yazdığı məqaləyə toxunub:
“Hadi Özışık Mübariz Mənsimovla bağlı xəbər hazırlamışdı. Mən də ona zəng edib səhv etdiyini, hökuməti günahlandırdığını, bunların yaraşmadığını bildirdim. Ona, "sən mənə yaxın jurnalistsən bu xəbəri mənim istəyimlə hazırladığını düşünərlər" deyə bildirdim". 
Xatırladaq ki, türkiyəli mafiya lideri Sedat Peker əvvəlki videosunda bildirmişdi ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu M. Mənsimovun tərəfini saxlayan tanınmış jurnalist Hadi Özışıka xəbərdarlıq edib: "Hadiyə deyir ki, sən sən ürək yemisən? Mübarizin tutulmasını Azərbaycan istəyib. Adam (Mübariz Mənsimov) SOCAR-a 1 milyard 300 milyon dollar dəyərində məhkəmə iddiası qaldırdı deyə Azərbaycan onun həbsini istəyib... Mən əvvəllər Çeçenistana yardım göndərirdim. Bunu təkzib etmirəm. O zaman da məni Rusiya istədi deyə həbs etmişdilər. Rusiya istədi deyə adamı həbs edərlər?! Ortada cinayət varmı, cinayətlə bağlı hansısa sübut varmı?!"

DİGƏR XƏBƏRLƏR

Top