Soylunun Davutoğlu barədə dediyi sözlər jurnalistləri təəccübləndirdi, ikinci dəfə soruşdular... – VİDEO


Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə gündəmə çevrilən qalmaqallı hadisələrdən danışıb.
Yeniavaz.com
xəbər verir ki, Soylu “Haber Türk”ə verdiyi müsahibə zamanı ölkənin keçmiş baş naziri Ahmet Davutoğlu barədə açıqlamalar verib. Nazir bildirib ki, Davutoğlu iclaslardan birində partiya sədrinin köməkçilərini sərt şəkildə təhdid edib:
“İclaslardan birində Ahmet Davutoğlu özünü itirdi və “hamınızın otağında nə danışdığınızı bilirəm və səs yazılarınıza qulaq asıram” dedi”.
Jurnalistlər bu sözləri eşitdikdən sonra təəcüblənirlər və faktı təsdiqlətmək üçün yenidən nazirə müraciət edirlər:
Jurnalist: Bunu ilk dəfə açıqlayırsınız?
Süleyman Soylu: Bəli, ilk dəfə açıqlayıram.
Jurnalist: Davutoğlu partiyanın Mərkəzi İdarəetmə Qurumunun üzvlərini izlədirdi?
Süleyman Soylu: Baxın, dedi ki, otaqlarında nə danışdıqlarını tək-tək bilirəm. Biz hamımız bir-birimizə baxdıq. Bunun Türkiyədə nə mənaya gəldiyini bilirik.
Jurnalist: Səs yazılarına qulaq asmaq başqa bir şeydir.
Süleyman Soylu: Sonra onları fiziki olaraq izlətdiyi ilə bağlı bəzi məlumatlar aldıq ancaq onu sübut edə bilmədik. 
Jurnalist: Bu dedikləriniz çox ciddi iddialardır.

DİGƏR XƏBƏRLƏR

Top