Avropa ölkələri Belarusla aviaəlaqəni dayandırır


Avropa Birliyinə üzv dövlətlərinin liderləri, Belarus hava yollarına məxsus təyyarələrinin Avropa hava məkanında uçuşlarına qadağa qoyulması ilə bağlı çıxış edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Şurası rəhbərinin rəsmi nümayəndəsi Çarlz Mişel - Barend Leytsemin "Twitter"də yayımladığı sənəddə deyilir.
Bundan əlavə, aviaşirkətlərə Belarus üzərindən uçmaqdan çəkinmək tövsiyə edilib.
AB ölkələri jurnalist Roman Protaseviçin dərhal sərbəst buraxılmasını tələb edib və sərnişin təyyarəsinin Minskə məcburi eniş edilməsinin qəbuledilməz olduğu bildirilib.  Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarələr artıq Belarusa uçuşlarını dayandırıb. Böyük Britaniya isə Belarusun “Belavia” hava şirkətinin uçuş lisenziyasını ləğv edib.

Xatırladaq ki, Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilib və təyyarədəki müxalif jurnalist belaruslu Roman Protaseviç saxlanılıb.
"BBC"nin məlumatına görə, sərnişin təyyarəsi MİQ-19 qırıcılarının müşayiətilə endirilsə də, bomba və ya hər hansı partlayıcı maddə tapılmayıb. 
Mətbuata açıqlama verən sərnişinlərdən biri Protaseviçin saxlanılarkən təyyarədəki insanlara edam cəzası ilə üz-üzə olduğunu söylədiyini bildirib.
"Ryanair" şirkəti məsələ ilə bağlı açıqlamasında təyyarənin Belarusun Hava Nəqliyyatı Nəzarəti Xidməti tərəfindən təhlükəsizlik təhdidi ilə əlaqədar xəbərdar edilərək Minskdəki hava limanına enməyə məcbur edildiyini bildirib.
Qeyd edək ki, R. Protasevic "Nexta" teleqram kanalının qurucusu və aktiv ictimai fəaldır. 

DİGƏR XƏBƏRLƏR

Top