Lənkəranda bir ailənin bütün üzvləri zəhərlənib, 5 yaşlı uşaq ölüb


Lənkəran şəhərində yaşayan Qasımovlar ailəsi paxladan zəhərlənib və ev şəraitində özlərini müalicə etməyə səy göstəriblər.

Bir müddət sonra vəziyyəti ağırlaşan ailənin 5 yaşlı üzvü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

əkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünyasını dəyişən qızın 6 yaşlı qardaşı Qasım Qasımov da eyni səbəbdən paytaxt xəstəxanalarından birinə göndərilib.//apa

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top