“Tavuş bölgəsində Azərbaycan torpaqları var” – Erməni deputat


Erməni millət vəkili Vahe Qalumyanın Azərbaycanla bağlı açıqlamaları Ermənistanı qarışdırdı.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, müvəqqəti baş nazir Nikol Paşinyanın partiyasından olan millət vəkili Vahe Qalumyanın Azərbaycanla bağlı çıxışı Ermənistanı qarışdırıb. Belə ki o, çıxış edərkən bildirib ki, Tavuş bölgəsindəki bəzi ərazilər Azərbaycanındır:
“Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var. Oradakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar kəndləri xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur”.
Erməni millət vəkilinin bu açıqlamaları sosial şəbəkələrdə sərt tənqid edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top