Səhvlər tapılan Tarix dərsliyi barədə nazirlikdən AÇIQLAMA


Təhsil Nazirliyi AMEA Tarix İnstitutunun 2021/2022-ci tədris ilində VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapması məsələsinə münasibət bildirib.

Nazirlikdən "report"un sorğusuna cavab olaraq bildirib ki, sözügedən dərslik hazırda istifadədə deyil, yeni hazırlanır.

Qeyd olunub ki, dərslik layihəsi ekspertlərin və ictimaiyyətin müzakirəsinə çıxarılıb və trims.edu.az portalında yerləşdirilib: "Rəy bildirilməsi üçün layihə o cümlədən aidiyyəti üzrə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna da göndərilib. Tarix İnstitutunun mütəxəssislərinin hazırladığı rəy 24 may tarixində Təhsil Nazirliyə daxil olub və nəzərə alınması üçün dərslik üzərində işləyən nəşriyyata göndərilib. Bir daha vurğulayırıq ki, sözügedən dərslik layihəsi hələ ki hazırlıq prosesindədir".

Qeyd edək ki, AMEA Tarix İnstitutu VI sinfin Ümumi tarix dərsliyi üzrə bəzi nöqsanlar, qüsur və elmi səhvlər aşkarladığı barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top