Bakıda baş verən yol qəzasında ölən və yaralananlar var – FOTO – YENİLƏNİB

Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "reporta"a verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.
***17:04
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Qeyd olunub ki, hava limanı - Bilgəh yolunda baş verən qəzada yük avtomobili ilə mikroavtobus toqquşub, ölən və xəsarət alanlar var.
Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top