Serebrial-iflic olan Aytacın köməyinizə ehtiyacı var – FOTO+VİDEO


Sumqayıt şəhəri ərazisində yerləşən Xəzri qəsəbəsində (Naxalstroy) yaşayan 15 yaşlı Aytac Eyyubovanın sizin köməyinizə ehtiyacı var.
Məsələ ilə bağlı Yeniavaz.com-a anası Eyyubova Könül Şahniyar qızı müraciət edib. Onun sözlərinə görə, serebrial-iflic olan övladını imkansızlıqdan müalicə etdirə bilmirlər: "Mənim iki övladım - bir qızım, bir oğlum var. Qızım Aytacın 15, oğlumun isə 7 yaşı var. Aytacın xəstəliyini 8 aylığında öyrəndik. Bunu öyrənəndən sonra qızımı imkansızlıqdan bir dəfə də olsa, müalicə etdirə bilməmişik. Digər övladım isə 1-ci sinifə gedir. Onun təhsil alması üçün insanlar köməklik edib məktəb forması və dərs vəsaiti alıblar. Oğlum pandemiya vaxtı dərslərdə iştirak edə bilməyib. Çünki uşaqlar dərslərə telefon, kompüter və ya planşetlərlə daxil olurdu. Bizim telefonumuz olmadığı üçün uşaq dərslərdən qaldı".
Könül xanım əvvəllər kirayədə yaşadıqlarını, indi isə aldıqları torpaq sahəsinin ödənişini etdikləri üçün imkansız şəraitdə yaşadıqlarını vurğulayıb. Ailə ərzaq mağazalarına xeyli borcu olduğundan ərzaq almaqda çətinlik çəkir. Eyyubovlar ailəsinin hazırda yaşadıqları evin su və qaz problemi də var.
Qeyd edək ki, Könül xanım xadimə, yoldaşı isə fəhlə işləyir.
Aytaca kömək etmək istəyənlərin nəzərinə:
Kapital bank: 4169 7413 2413 2446




DİGƏR XƏBƏRLƏR

Top