Azərbaycan ilk dəfə olaraq Kolumbiyadan 1,1 ton pudra idxal edib – RƏSMİ


Ötən il Azərbaycan Kolumbiyadan ilk dəfə olaraq 1 ton 150 kiloqram miqdarında pudra (kompakt pudra da daxil olmaqla) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan pudranın gömrük dəyəri 5 min 320 dollar olub.
Məlumat üçün bildirək ki, Azərbaycan kosmetik məqsədli pudraları əsasən Çin və Türkiyədən idxal edir. Əvvəlki illərdə və bu ilin ilk 3 ayını əhatə edən sonuncu hesabat dövründə Azərbaycan Kolumbiyadan heç vaxt pudra idxal etməyib.
Onu da bildirək ki, Azərbaycan və Kolumbiya arasında ticarət əlaqələri olduqca aşağı səviyyədədir. 2020-ci ildə Azərbaycanın ümumi idxalında Kolumbiyanın payı 0,01% olub.

DİGƏR XƏBƏRLƏR

Top