Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov koronavirusa qarşı vaksin vurdurub.
Yeniavaz.com xəbər verir ki, Ölkədə gedən vaksinasiya ilə əlaqədar Mingəçevir şəhərin bütün idarə və müəssisələrinin işçiləri, eləcə də bütün şəhər əhalisi COVİD-19 virusuna qarşı vaksin vurdurur. Bu günlərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da virusa qarşı peyvənd olunub.
Esmira Hidayətova, Mingəçevir