Hindistanda COVID-19-dan sağalan minlərlə xəstədə “Qara kif” xəstəliyinə rastlanıb.
Yeniavaz.com “Cumhuriyet” ə istinadla xəbər verir ki, bu barədə Hindistan hökuməti xəbər yayıb. Verilən məlumata görə, ölümcül “Qara kif” xəstəliyinə 8 min 800 nəfər yoluxub. Xəstəliyin sayının artması səbəbi ilə Hindistanın 29 şəhərində pandemiya elan edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, nadir görülən və mukormikoz adlanan bu infeksiyada ölüm ehtimalı 50 faizdir. İnfeksiyanın beyinə keçməsinin qarşısını almaq və xəstələrin sağalması üçün isə minlərlə xəstənin gözləri çıxarılır.