Bayden Floydun ailəsi ilə görüşəcək


ABŞ prezidenti Co Bayden ötən il polis tərəfindən saxlanılarkən ölən afro-amerikalı Corc Floydun il dönümündə onun ailə üzvləri ilə görüşəcək.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Görüş 25 may tarixində baş tutacaq. Görüşün harada keçiriləcəyi ilə bağlı  məlumat verilməyib.
Qeyd edək ki, Corc Floyd 25 may 2020-ci il tarixində Minneapolisdə polis məmuru Derek Şovin tərəfindən saxlanılarkən, polisin dizini onun boynuna təzyiqlə sıxması nəticəsində ölmüşdü. Floydun ölümü minlərlə insanın küçələrə çıxmasına səbəb olmuşdu. 20 aprel 2021-ci ildə baş tutan məhkəmədə məhkəmə üzvləri Şoveni onun qətlində təqsirli bilib. Şovenin günahı sübut olunacağı halda onun 40 il müddətinə həbs edilə bilinəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top