
Kiprda İngilis-İsveç şirkətlərinin birgə istehsalı olan “Vaxzevria” (“AstraZeneca” )vaksinindən ilk ölüm halı qeydə alınıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu ayın əvvəlində peyvənd edilən 39 yaşlı İngiltərə əsilli qadın Lefkoşadakı xəstəxanalardan birində dünyasını dəyişib. Bu haqda məlumatı Kiprin dövlət səhiyyə təşilatı bildirib.
Xatırladaq ki, dünyada bir çox ölkədə “AstraZeneca”dan ölüm halları qeydə alınıb. Bu səbəblə bəzi ölkələr həmin vaksindən istifadəni dayandırıb.