MDU Türkiyənin nüfuzlu universiteti ilə əməkdaşlıq etməyə başladı – FOTO


Mingəçevir Dövlət Universiteti (MDU) strateji hədəflərə doğru addımlar atmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, ali təhsil müəssəsi Türkiyənin nüfuzlu universitetlərindən olan Qazi Universiteti ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıb. Bu məqsədlə Qazi Universitetinin rektoru Musa Yıldız və nümayəndə heyəti MDU-da olub. Türkiyəli qonaqlarla yanaşı Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Azərbaycan Respublikasının Türkiyədəki təhsil müşaviri Nəcibə  Nəsibovada Mingəçevirə gəlib. Qonaqları Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.
Pandemiya qaydalarına uyğun olaraq universitetin konfrans zalında görüş keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidləri yad edilib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top