
Koronavirus pandemiyası səbəbindən ötən ilin mart ayından etibarən ölkədə “Şadlıq evləri”nin fəaliyyəti dayandırılıb. Bu səbəbdən də son bir ildə qeydə alınan nikahların sayında kəskin azalma müşahidə olunur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir kİ, ötən ilin fevral ayında Azərbaycanda 3 871 nikah qeydə alınmışdısa, bu ilin fevral ayında rəsmi qurumlar tərəfindən qeydı alınan nikahların sayı 2 955-ə düşüb. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə qeydı alınan nikahların sayı 30% azalıb.
Lakin, maraqlıdır ki, nikahaların sayında kəskin azalma olsa da boşanmaların sayında ciddi dəyişiklik baş verməyib. Hətta bu ilin fevral ayında boşanmaların sayında artım da qeydə alınıb. Yanvar ayında ölkə üzrə cəmi 1 179 boşanma qeydə alınmışdısa, fevral ayında boşanan cütlüklərin sayı 1 238-ə, mart ayında isə 1 287-ə çatıb.
Boşanmalarla bağlı açıqlanan rəsmi məlumatlar göstərir ki, əhalinin hər 1000 düşən boşanmaların sayı 1,5-ə çatıb. Qeyd edək ki, 10 il əvvəl bu göstərici 0,9 olub.
Son 15 ildə Azərbaycanda qeydə alınan nikah və boşanmalar:
İllər | Nikahların sayı | Boşanmaların sayı |
2007 | 79 964 | 7 933 |
2008 | 78 072 | 7 784 |
2009 | 79 172 | 9 061 |
2010 | 88 145 | 10 747 |
2011 | 79 065 | 11087 |
2012 | 86 852 | 11 730 |
2013 | 84 912 | 12 088 |
2014 | 68 773 | 12 764 |
2015 | 66 771 | 13 114 |
2016 | 62 923 | 14 514 |
2017 | 62 484 | 14 857 |
2018 | 63 869 | 17 148 |
2019 | 58 317 | 15 635 |
2020 | 32 437 | 13 439 |
2021 yanvar-mart |
10 334 | 3 704 |