Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub – YENİLƏNİB


Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak ediblər.


***11:42

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.


Yeniavaz.com Report-a istinadən xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top