Mayın 28-i ictimai nəqliyyat işləyəcək?


Xəbər verdiyimiz kimi, 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq, belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?

Yeniavaz.com-un məlumatına görə, məsələ ilə bağlı sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:

"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur.

Mayın 28-də belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top