İsrail koronavirus məhdudiyyətlərini qaldırır


İsraildə koronavirusa qarşı tətbiq olunmuş məhdudiyyətlərin 1 iyundan etibarən qaldırılacağı deyilir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail səhiyyə naziri Yuli Edelsteyn məlumat verib. Qərarın verilməsinə səbəb ölkədəki yoluxma halının azalması və vəziyyətin sabitləşməsi olub. Bundan sonra girişlərdə hərarət ölçülməsi, ara məsafəsinin saxlanması aradan qaldırılır. Alıcı və satıcı arasına yerləşdirilən bölmələr ləğv edilir. Bir sıra məhdudiyyətlərin qalxması ilə yanaşı daxili məkanlarda maskalardan istifadə qaydası qüvvədə qalacaq. İsrailə giriş-çıxış məhdudiyyətləri qaldırılmayacaq.
Qeyd edək ki, İsraildə bu günə kimi ümumilikdə 839 min 319 nəfər koronavirusa yoluxub. 6402 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top