İtaliyada kanat qırıldı – ölən və yaralananlar var


İtaliyada dağda kanatın qırılması nəticəsində 13 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliya axtarış və xilasetmə xidmətinin tvitter hesabında məlumat verilib. Ağır yaralanan iki azyaşlı Turin şəhərində xəstəxanaya yerləşdirilib. Onlardan birinin 5, digərinin isə 9 yaşı olduğu vurğulanıb. Uşaqlar xəstəxanaya bədənində çoxsaylı qırıqlar və kəllə-beyin travması ilə daxil olub. 5 yaşlı uşaq xəstəxaya huşu itmiş vəziyyətdə yerləşdirilib.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Kanatın pandemiya səbəbindən uzun müddət bağlı olduğu, 1 ay əvvəl yenidən istifadəyə verildiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top