İmişli rayonunda zəlzələ oldu


İmişli rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yeniavaz.com-a verilən məlumata görə, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb.
Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top