Sedat Pekerin qardaşı saxlanıldı – FOTO


Türkiyəli mafiya başçısı Sedat Pekerin qardaşı Atilla Peker saxlanılıb.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, Atilla Peker Muğlanın Fetiyə rayonunda saxlanılıb.
Fetiyə prokurorluğundan axtarış icazəsi alındıqdan sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Pekerin avtomobilinə baxış keçirilib.
Axtarış nəticəsində onun avtomobilindən 1 ədəd tapança və 2 ədəd güllə ilə dolu tapança darağı götürülüb.
Məlumata görə Atilla Pekerlə bərabər Yunus Olcay adlı şəxs də saxlanılıb. 
Hal-hazırda polis əməliyyatı davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top