Ermənistanda müxalifət seçkiləri ləğv etməyə çağırdı


Müxalif "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan bildirib ki, ölkə parlamentinə iyunun 20-nə planlaşdırılan növbədənkənar seçkilər ləğv edilə bilər.
Yeniavaz.com
virtualaz.org-a istinadən xəbər verir ki, siyasətçi bunu partiyasının qurultayında deyib.

Marukyan bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədindəki Zəngəzurda (Sünik) gərginliyin kəskinləşəcəyi təqdirdə, Milli Məclisə erkən seçkilərin ləğv olunacağını istisna etmir: "Bilin ki, bu baxımdan (sərhəddə baş verənləri nəzərdə tutur – red.) vəziyyət çox mürəkkəbdir və vəziyyət daha da ağırlaşarsa, seçkilərin baş tutmayacağını istisna etmirəm".

Marukyan erməni cəmiyyətində nifrətin hökm sürdüyünü də vurğulayıb.

"Ölkə bölünüb, cəmiyyətimiz bir-birinə qarşı nifrətlə doludur. Bu nifrət çoxdan təbliğ olunur, Biz bu barədə demişik. Əfsuslar olsun ki, indiki seçki prosesi yenə də nifrətin, ayırıcı xətlərin və qarşıdurmaların təbliği yolu ilə gedir", - deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top