“Azərbaycan daha layiqli təmsil oluna bilərdi” – Hüsniyə Məhərrəmova


"Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim".
Yeniavaz.com
 xəbər verir ki, bu sözləri “Avroviziya-2021”də Azərbaycan şərhçilərindən biri olan aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında yazıb.
"Samirə çox istedadlı ifaçıdı. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, bu ilki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım nə də Samirəyə!" - deyə o qeyd edib.
Aparıcı qeyd edib ki, yarışmada ölkəmiz daha layiqli təmsil oluna bilərdi: "Düşünürəm ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi. Ona görə, narazı qalan qohum, əqraba, dost tanışa intriqalarla, yalançı postlar və şərhlər yazdırmaqla, uğursuzluğu mənim "yarışmanı şərh etməyim" bəhanəsi altında gizlətməklə deyil, musiqi zövqləri ilə məşğul olmağı arzu edirəm".

DİGƏR XƏBƏRLƏR

Top