Yük maşını 80 abonenti qazsız qoydu


Qubada yük avtomobili təbii qaz xəttini qırıb.
Hadisə gecə saatlarında Birinci Nügədi kəndində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili diametri 57 millimetr olan təbii qaz xəttinin üzərindəki keçidi qırıb. Nəticədə təqribən 80 abonent qazsız qalıb.
Hazırda Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları xəttin bərpası istiqamətində iş aparır.
İdarədən verilən məlumata görə, hadisə aktlaşdırılıb, dəymiş ziyan hesablanacaq.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top