İntihar etmək istəyən qadın xilas edildi


Saatlıda intihara cəhd hadisəsi olub.
Hadisə Nəsimikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib.
Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub.
A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin kritik olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top