Sürücüləri çaşdıran nişanlar: biri sür, o birisi isə dayan deyir


Ucar-Zərdab-Ağcabədi yolunda sürücüləri çaşdıran yol nişanı quraşdırılıb. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb.
Yeniavaz.com
avtosfer.az-a istinadən xəbər verir ki, nişan sözügedən yolun Ağdaş rayonu istiqamətinə gedən hissəsində quraşdırılıb.
Belə ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcının qarşısında həm baş yol nişanı, həm də yol ver nişanı quraşdırılıb.
Bu yoldan istifadə edən sürücülər necə hərəkət etməli olduqlarını bilmir.
Yol nişanlarının bu cür təşkil edilməsi qanunvericiliyin tələblərinə uyğun sayılmır.

DİGƏR XƏBƏRLƏR

Top