"Hadisə yerinə ilk qatil gəlir" - Sedat Peker Uğur Mumcunun öldürülməsindən danışdı – VİDEO


Türkiyəli mafiya başçısı Sedat Peker jurnalist, araşdırmaçı-yazar Uğur Mumcunun ölümü ilə bağlı danışıb.
Yeniavaz.com
 xəbər verir ki, Peker “youtube” vasitəsilə yaydığı videoda Uğur Mumcunun şəhid olduğunu bildirib: "Uğur Mumcu fikirlərini dəstəkləyərdiz dəstəkləməzdiz, məncə o şəhiddir. Namuslu və şərəfli adam idi. Hər şeydən əvvəl dürüst insan idi. Niyə öldürüldü? Öldürüldüyü vaxtlarda yazdığı yazılara baxın! Terrordan qidalanan terror lokları. Bununla bağlı yazılar yazırdı. Diqqət edin hər zaman terror bölgələrində narkotik plantasiyaları və satış əraziləri olur. Eyni zamanda silah ticarəti də bu ərazilərdə olur. Uğur Mumcu şəhid edilir yanına ilk gələn kim? Qatil ilk öncə gəlir Mehmet Ağır!".
Qeyd edək ki, türkiyəli araşdırmaçı-yazar Uğur Mumcu 24 yanvar 1993-cü ildə Ankaradakı evinin qarşısında avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top