Tanınmış həkim maaşına görə Prezidentə müraciət etdi


Koronaviruslu xəstələrin müalicə olunduğu “Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova ölkə başçısına müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o özünün feyzbuk səhifəsində yazıb.
Tanınmış həkim maaşının azlığından narazılıq edərək bunları yazıb: "TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mən işlədiyim klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent) maaş alıram. 1 övladım BDU oxuyur (pulluda), 1 də instituta hazirlaşır. Mənə maraqlıdır TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikalarda işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır ya yox. Xahiş edirəm bütün həkimlər zatən iki cəbhədə canımızı qoysaq da nə xalqın, nə də müvafiq qurumlatın məhəbbət və hörmətini görmədik. Dövlət rəhbərliyinə müraciət edək bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Burdan Rəşad Mahmudova səslənirəm, burdan ölkə rəhbəri cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm bu bədbəxt həkimlərin ümüdü sizədir.

DİGƏR XƏBƏRLƏR

Top