Dünən yanğınlarda 3 nəfər xəsarət alıb


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən “Mercedes” markalı minik avtomobilinin İsmayıllı rayonunun Namazgah kəndi ərazisində dərəyə aşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas olunub, 3 nəfər yanıq xəsarəti alıb.

DİGƏR XƏBƏRLƏR

Top