Vətən müharibəsi şəhidi Qənbər Qənbərli Tərtərdə dəfn olunub


Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı,Tərtər rayon Kəngərli kənd sakini, 1993-cü il təvəllüdlü Qənbərli Qənbər Bəhruz oğlu bu gün doğulduğu Kəngərli kəndində dəfn olunub.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun şəxsiyyəi müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Top