
İsrail öz hücumları nəticəsində tanınmaz hala düşən Qəzzanın yenidən bərpa olunması qarşılığında israilli əsirlərin geri verilməsini istəyir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinə müraciətində İsrailin müdafiə naziri Beni Qantz məlumat verib.
O, İsrailin təkcə son hücumu vaxtı 1800 evin tamamilə yararsız hala düşdüyünü və bunun bərpası üçün İsrail hərbçilərinin köməyinə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, İsrail Müdafiə naziri Qantz 2014-cildə HƏMAS-ın əsir götürdüyü hərbçilərin geri verilməyəcəyi halda Qəzzada uzunmüddətli irəliləmənin olmayacağını vurğulamışdı. "HƏMAS" da buna cavab olaraq əsirlərin qarşılıqlı dəyişdirilməsi baş tutmayacağı halda belə bir razılığa gəlinməyəcəyini bildirmişdi.