
Səudiyyə Ərəbistanında naməlum şəxs cümə xütbəsi oxuyan Kəbə imamına bıçaqla hücum edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kəbədə cümə xütbəsi oxuyan Şeyx Bəliləyə hücum edən naməlum şəxs saxlanılıb. Hücum cəhdinin qarşısı təhlükəsizlik əməkdaşları tərəfindən alınıb.
İmamı qətlə yetirməyə çalışan şəxs təhlükəsizlik kameralarına düşüb.
Faktla bağlı araşdırma başladılıb.