
Türk Silahlı Qüvvələrinin inventarında yer alan silahlar dünya ölkələrinin diqqətini çəkib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyə ordusunun istifadəsində olan “Vuran” hərbi döyüş avtomobili NATO-nun sosial media hesablarında paylaşılıb. Görüntülərdə silahlı həbi avtomobilin texniki xüsusiyyətləri sadalanıb. Həmçinin təhdidlərə “Vuran”la cavab veriləcəyi və onun məhs bu missiya üçün vacib olduğu vurğulanıb.