DTX və DİN birgə əməliyyat keçirdi – FOTO


Cəlilabad Rayon Polis Şöbəsinin və DTX-nın Cəlilabad Rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Cəlilabad RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini Asəf Əlili, Bakı şəhər sakini Cəlal Sumbatov və Cəlal Babayev sonuncunun idarə etdiyi “Xəzər-Lada” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şöbədə keçirilən baxış zamanı A.Əlili və C.Sumbatovun üzərindən bir bükümdə narkotik vasitə heroin, onların olduğu avtomobildən isə 7 bükümdə ümumilikdə 10 kiloqram qram heroin, 2 ədəd bıçaq, 3 ədəd şpris və 1 ədəd şüşə ampula aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərində onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top