ABŞ Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasını istəyir


"Müştərək məsələlərdə Türkiyə ilə əməkdaşlığın davam etdirilməsi böyük əhəmiyyət daşıyır". 
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra öz tviter hesabında paylaşıb:
"NATO müttəfiqimiz Türkiyə ilə ortaq prioritetlər mövzusunda əməkdaşlığımızın davam etməsi böyük əhəmiyyət kəsb edir. Danışıq vaxtı Yunanıstanla konstruktiv danışıqlara dəstəyimizi də dilə gətirdim. Mən demokratiyanın və insan haqlarının vacibliyini vurğuladım". 
Qeyd edək ki, ABŞ hökumətinin sözçüsü Ned Prays da telefon danışığı ilə bağlı açıqlama verib. Açıqlamada bildirilib ki, danışıq vaxtı Çavuşoğlu ilə Suriya və Əfqanıstan kimi ortaq məsələlərdən də müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top