Azərbaycan Ordusunun itkin düşən daha iki hərbçisinin nəşi tapıldı – YENİLƏNİB


Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Yeniavaz.com-a Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah rəhmət eləsin!

***10:24

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Guloğlan oğlunun meyiti aşkar olunub.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhidin nəşi bu gün rayona gətiriləlrək dəfn ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top