Paşinyan sammitdə elə bir səhv buraxdı ki, Tokayev əvvəl güldü, sonra eyni şəkildə... – VİDEO


Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının onlayn sammitində buraxdığı səhv gündəm olub.
Yeniavaz.com
xəbər verir ki, sammitdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış etməsi üçün sözü Paşinyana verib. O isə söz verdiyi üçün Tokayevə təşəkkür edərkən soyadını “Tokayeviç” (Tokayevin oğlu) deyə səsləndirib. Qazaxıstan prezidenti buna gülərək qarşılıq verib. Çıxışın sonunda isə daha bir maraqlı hadisə yaşanıb. Paşinyan çıxışını bitirdikdən sonra Tokayev Ermənistanın baş nazirinə “Nikol” əvəzinə “Çox sağ olun Nikolay Vovayeviç” deyə cavab verib.
Xatırladaq ki, bənzər hadisə bir neçə həftə əvvəl Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında yaşanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top