Daha bir ölkənin “Bayraktar” alacağı iddia edildi


Polşanın müdafiə naziri Bayraktar-TB2-nin fotosunu paylaşdı.
Yeniavaz.com
“CNN”ə istinadla xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak öz “Twitter” səhifəsində “Bayraktar-TB2” ilə bağlı paylaşım edib. Nazir həmin fotoya “tezliklə çox yaxşı xəbərlərimiz olacaq, bizi izləməyə davam edin" sözlərini əlavə edib.
Qeyd edək ki, Liviya, Suriya və Qarabağ münaqişələrində uğur əldə edən Türkiyə PUA-sı bir çox dünya ölkələrinin diqqətini çəkir.

 

DİGƏR XƏBƏRLƏR

Top