
"Bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib".
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur.