Dünyada insanlar ən çox nə əti yeyir? – TAM SİYAHI


Ötən il dünyada 325 milyon 170 min ton ət istehsal olunub.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, əvvəlki illə müqayisədə istehsal olunan ətin miqdarı 1,1% və ya 3,73 milyon ton azalıb.
Dünyada ən çox istifadə olunun ət quş əti hesab olunur. Ötən il dünyada istehsal olunan ətin 40,6%-ni və ya 132,1 milyon tonu quş ətinin payına düşüb. Ən çox istehsal olunan ətlərin arasına ikinci sırada donuz əti dayanır. 2020-ci ildə bütün dünyada 106,53 milyon ton donuz ətinin istehsal edildiyi bildirilir. Donuz ətindən sonra ən çox mal əti istehsal edilib ki, bu ətin illik istehlakı 71,14 milyon ton olub. Qoyun əti isə 15,43 milyon tonla 4-cü sırada yer alıb.
Onu da bildirək ki, son 5 ildə donuz ətinin istehsalı azalsa da, quş ətinin istehsalı artıb. Mal və qoyun ətinin istehsalında isə nisbətən daha az artım olub.
Son 5 ildə dünyada ət istehsalı aşağıdakı kimi olub:
  2016-cı il
(milyon ton)
2017-ci il
(milyon ton)
2018-ci il
(milyon ton)
2019-cu il
(milyon ton)
2020-ci il
(milyon ton)
Quş əti 115,19 117,98 123,21 125,64 132,07
Donuz əti 118,4 118,08 120,71 117,84 106,53
Mal əti 69,11 69,94 71,72 70,38 71,14
Qoyun əti 14,47 14,71 14,87 15,04 15,43

DİGƏR XƏBƏRLƏR

Top