Şəhid ailələri və müharibə əlillərinə 50 ev verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.
Yeniavaz.com xəbər verir ki, mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov təqdim ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.

DİGƏR XƏBƏRLƏR

Top