Azərbaycanda avtomobil istehsalı azalıb


Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda 508 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 24,4% və ya 164 ədəd az olub.
May ayının 1-nə  olan məlumata görə ölkədə 146 ədəd hazır məhsul ehtiyatı qalıb. Bu ilin yanvar ayının 1-də ölkədə 199 ədəd hazır məhsul ehtiyatının olduğunu nəzərə alsaq, o zaman son 4 ayda Azərbaycanda istehsal olunan avtomobillərin 561 ədədi satılıb.

DİGƏR XƏBƏRLƏR

Top