Yaponiyada sürət qatarı 1 dəqiqə gecikdi – Sürücü barədə araşdırma başladıldı


Yaponiyada sürət qatarının stansiyaya bir dəqiqə gecikməsinə görə, sürücüsü haqqında araşdırma başladılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “euronews” məlumat yayıb. Bildirilib ki, sürücü mədə ağrısı keçirdiyi üçün sükanı tərk etmək məcburiyyətində qalıb. Nəticədə, 160 sərnişinin olduğu qatarın idarəetməsini köməkçisinə verib. Beləliklə, 150 kilometr sürətlə hərəkət edən qatar üç dəqiqə ərzində bu şəkildə idarə olunub və stansiyaya 1 dəqiqə gecikmə ilə çatıb. Yaponiyada sürət qatarlarının dəqiqliyi ilə tanınan həmin şirkətin menecerləri isə məsələ ilə bağlı mətbuat konfransı keçirərək üzr istəyib. Sürücü ilə bağlı tədbir görəcəklərini vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top