Dövlət Statistika Komitəsi bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin yer aldığı növbəti hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan hesabatda 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunan rayonlarımız hələ də “işğal altında olan” rayonlar kimi göstərilib.
Məlumat üçün bildirək ki, ötən ilin 27 sentyabr – 10 noyabr 2020-ci tarixlərində baş tutan 44 günlük Vətən Müharibəsindən sonra işğal altında olan Şuşa, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları işğaldan azad olunub. Lakin, 2021-ci ilin yanvar-aprel aylarını əhatə edən hesabatda adları qeyd olunan rayonlar hələ də “işğal altında olan” rayonlar kimi qeyd olunub.