BBC müxbiri Lavrovun sözünü kəsdi, XİN başçısı gülərək… – VİDEO


Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə Tacikistanın xarici işlər naziri Siracəddin Muhriddin ilə birgə mətbuat konfransında sözünü kəsən BBC müxbiri ilə zarafat edib. 
Yeniavaz.com “ria.ru”ya istinadən xəbər verir ki, Lavrov konfrans vaxtı “Çox əhəmiyyətli danışıqlar apardıq” cümləsini dediyi vaxt BBC müxbiri kanalın mikrofonu ilə birgə Azadlıq radosunun mikrofonunu nazirin qarşısına qoyur. Həmin anda rusiyalı nazir nitqini yarımçıq kəsməyə məcbur olaraq “BBC belə hərəkətlər da edir?” deyə istehza ilə jurnalistə müraciət edib. Lavrov daha sonra gülümsəyərək çıxışına davam edib.

DİGƏR XƏBƏRLƏR

Top