“Bu, insan hüquq və azadlıqlarına, münasibətdə düzgün addım deyil”


“İcbari tibbi sığortanın ölkəmizdə tətbiqi ilə bağlı sertifikasiya və attestasiya ilə bağlı son günlər ciddi fikir mübadilələri aparılır”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.Deputat bildirib ki, normativ sənədlərlə sertifikatlaşma prosesi qanuni sənəddir: “Ölkədə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi üçün səhiyyə işçilərinin sertifikasiyaya qarşı çıxması normalda başa düşülən deyil. Amma məsələni daha dərindən araşdıranda bunu başa düşmək olar. Həkimlər 5 ildən bir həkimləri təkmilləşdirmə institutunda testdən keçmək tələbi və s. kimi məsələlərə yönəldilir. Bir çox yerdə təzadlar meydana gəlir. Qanuni tərəfdən baxdıqda qarşılıqlı təzadlar var. Nəyə görə başqa sahələrdə bu qədər sertifikatlaşdırma aparılmır? Dünyada, Avropa təcrübəsində bu sistem tamamilə fərqlidir, daha bəsitdir və bir mərhələlidir. Sertifikasiyadan keçməmək diplomun ləğvidirsə, bu diplomdan sonra necə istifadə oluna bilər? Bu, insan hüquq və azadlıqlarına, 27-28 yaşına qədər tələbəlik həyatı keçirmiş insanlara münasibətdə düzgün addım deyil”.

DİGƏR XƏBƏRLƏR

Top