Atəşkəs fələstinlilərin sevincinə səbəb oldu


İsraillə "Həmas" arasında atəşkəs qüvvəyə mindikdən sonra fələstinlilər öz sevinclərini küçələrə çıxmaqla bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, nümayişlər ölkənin Qəzza və Qərbi Şəriyə bölgəsində həyata keçirilib.
Küçələrə çıxan fələstinlilər həmçinin Məscidi-Əqsaya da axın ediblər.
Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması ötən gecə saat 2-də həyata keçirilib. Münaqişə vaxtı 65-i uşaq, 39-u qadın olmaqla 260 fələstinli mülki şəxs həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top