Region məhkəmələrinə yeni hakimlər təyin olunub – SİYAHI


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” və “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələlər müzakirəyə çıxarılıb.
Sənədlər parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.
Sənədlərə əsasən Allahverdiyev Əli Kərim oğlunun, Kuimova Vera Gennadiyevnanın və Qurbanov Yusifəli Süleyman oğlunun Naxçıvan Ali Məhkəməsinə;
Abdullayev Vəli Əsgər oğlunun (səlahiyyət müddəti başa çatıb), Allahyarov Zaur Mirzağa oğlunun, Bağırov Məhəmməd Ənvər oğlunun və Mayılov Samir İlham oğlunun Şirvan Apellyasiya Məhkəməsinə;
Quliyev Nuru Nadir oğlunun Şəki Apellyasiya Məhkəməsinə;
Hüseynov Salman Bilal oğlunun və Hüseynov Mirbahəddin Mirdamət oğlunun isə Gəncə Apellyasiya Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb.
Məsələlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Mahmudov Tapdıq Şükür oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin, Əliyev Rafail Əyyub oğlu isə eyni səbəbləe Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. //Report.az

DİGƏR XƏBƏRLƏR

Top